Türkiyə Respublikası Mərkəzi Bankının ehtiyatları son həftədə 5 milyard 538 milyon dollar artıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə bankın hesabatında məlumat verilib.
Qeyd edilib ki, Mərkəzi Bankını ehtiyatları 5 iyuldan bu yana 5 milyard 538 milyon dollar artaraq 148 milyard 448 milyon dollara çatıb: "Bu, rekorddur. Bu dövrdə qızıl ehtiyatları da 640 milyon dollar artaraq 58 milyard 77 milyon dollardan 58 milyard 717 milyon dollara yüksəlib".
Samir Musayev
MİA.AZ