İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində növbəti reydi gərginlik yaradıb.
Mia.az xarici mətbuata istinadla bildirir ki, Nablus şəhərindəki Balata Qaçqınlar Düşərgəsinə olunan basqında toqquşma böyüyüb: "İsrail hərbçiləri burada 5 fələstinlini həbs edib. Onlar həbs edilənləri döyərkən isə vətəndaşlar qəzəblənib. Bu zaman fələstinli gənclərlə əsgərlər arasında insident yaşanıb. Nəticədə 7 fələstinli gənc müxtəlif xəsarətlər alıblar, onlıardan 3-ü güllələniblər...".
Tahir Şəlvəli
MİA.AZ