İspaniyanın Baş naziri Pedro Sançes NATO Sammitində üzv dövlətlərin liderlərini ikiüzlülükdə ittiham edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fələstin dövlətini rəsmən tanıyan İspaniyanın baş naziri Pedro Sançes NATO Sammitində dünyanı növbəti də təəccübləndirib.

O, çıxışında üzv dövlətləri Qəzzadakı vəziyyətə görə qınayıb: "Bizi Ukraynaya dəstəyimizin zəif olduğuna qınamaq istəyənlərə demək istəyirəm ki, bu ümnasibət Qəzzaya qarşı göstərilmir. O səbəbdən kimsə İspaniyanı ikili standartlar tətbiq etməkdə günahlandıra bilməz. Əksinə, biz Rusiyanın Ukraynadakı işğalına qarşı nəyi tələb ediriksə, Qəzza üçün də eyni birliyi və mövqeyi tələb edirik. Bizim vətəndaşlarımız da görməlidir ki, bizlər heç bir ikili standartlara yol vermirik. Yəni, beynəlxalq hüququ müdafiə etdiyimiz üçün Ukraynanı dəstəklədiyimizi deyiriksə, Qəzzaya münasibətdə də bunu etməliyik".

Firudin Səfərli

MİA.AZ