Məcburi Kömkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Mahir Abbaszadə barəsində inzibati protokol tərtib edilib.
Mia.az Qaynarinfo-ya istinadla bildirir ki, Mahir Abbaszadə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və hakim Vüsal Qurbanovun icraatına verilib. 327.8-ci maddə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması - zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi ilə bağlıdır.
Maddədən aydın olur ki, Mahir Abbaszadə qəza törədib və nəticədə zərəçəkmiş şəxs yüngül bədən xəsarəti alıb.
Maddədə inzibati cəza növü kimi 300 manat məbləğində cərimə edilməsi və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 аydаn 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.
Mahir Abbaszadə 2018-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyinat alıb. Deputat kimi isə Milli Məclisdə 121 saylı Laçın seçki dairəsini təmsil edir.
***
Deputat Mahir Abbaszadə isə “Unikal”a açıqlamasında haqqında deyilənləri təkzib edib.
M.Abbaszadə deyib ki, hər hansı avto-qəza törətməyib, buna görə məsuliyyətə cəlb olunaraq, məhkəməyə verilməyib.
Bildirilib ki, qəza törədn şəxs, əslində, deputat Mahir Abbazsadə yox, Beyləqan rayon sakini Abbaszadə Mahir Tapdıq oğludur.
Qeyd edək ki, sözügedən iş Nərimanov rayon Məhkəməsinə göndərilib və iş hakim Vüsal Qurbanovun icraatına verilib. Hakim V.Qurbanov saytımıza açıqlamasında belə bir işin onun icraatına bu gün verildiyini təsdiqləyib:
“Belə bir iş bu gün bizə daxil olub. Səhv etmirəmsə, protokol tərtib olunan və işi məhkəməyə göndərilən şəxs Beyləqan rayon sakini Abbaszadə Mahir Tapdıq oğludur. Həmin şəxs Milli Məclisin deputatı Mahir Abbaszadə deyil, başqa adamdır. Sadəcə, soyadı, adı, ata adı təsadüfən eynidir”.
Mia.az