“Rasim müəllimlə hər gün telefonla danışıram. Dünən də zəng vurub səhhətiylə maraqlandım. Şükür Allaha, hər şey yaxşıdır”.
Mia.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.
O, həkimlərin əməliyyatdan sonra Rasim Balayevə üç həftəlik müalicə müddəti təyin etdiklərini bildirib: “Əməliyyatdan sonra Rasim müəllim xəstəxanada bir gün qalıb. Hazırda ev şəraitində müalicələri davam edir. Amma həkimlər deyiblər ki, üç həftə işə getmək, aktiv həyat tərzi olmaz”.
B.Vəziroğlu illərdir ki, aktyorun onurğa sütununda yaranan xəstəlikdən əziyyət çəkdiyini bildirib: “Getmədiyi həkim qalmamışdı, bir az səhhəti yaxşı olurdu, amma yenə pisləşirdi. Sən demə, vaxt uzandıqca, xəstəlik daha da aqressivləşirmiş. Şükür ki, peşəkar həkim tapdı, əməliyyatı da yaxşı keçdi”.