Bu gün Türkiyənin eyni şəhərində daha bir zəlzələ baş verib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, bu gün Bakı vaxtilə saat 13.54-də Malatyanın Yeşilyurt rayonunda 4,3 bal gücündə növbəti zəlzələ olub: "14,27 km dərinlikdə baş verən zəlzələ ətraf əyalətlərdə də hiss olunub. Dağıntı və insan pölümü yoxdur".
Xatırladaq ki, bu gün gecə saat 01.41-də də Malatyanın Yeşilyurt rayonunda 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Samir Musayev
MİA.AZ