"BOLT-da qiymətlər xeyli artıb. Məsələn, əvvəllər gecə vaxtı hava limanından Xırdalana 12-13 manata gəlirdi. İndi həmin məsafəyə görə qiymət 2 dəfə artıb. Artıq dünən gecə mənə təxminən 26 manat qiymət təklifi gəldi. Hətta sürücü zəng vurub bu gediş üçün 30 manat istədi. Hər iki sürücü. Buna görə də hər iki gedişi ləğv edib 20 manata adi təksi ilə gəldim".

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı- ekspert Samir Əliyev sosial media hesabında yazıb.

O bildirib ki, ölkədə bütün çatışmazlıqlarına rəğmən, normal işləyən və rəqabətin olduğu sahələrdən bəlkə birincisi bu sahə idi: "Onu da hökumət sıradan çıxartdı. Qərarı ilə taksi xidmətini bahalaşdırdı...".

Samir Musayev

MİA.AZ