İsrail Qəzzanı yenidən bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ümumilikdə 29 mülki şəxs həlak olub, xeyli yaralı var.
Bildirilib ki, Xan Yunisin şərqindəki Abasan əl-Kəbirə qəsəbəsindəki əl-Avda məktəbinin qarşısına toplanan mülki şəxslər də vurulub.
Fələsətin mənbələri qeyd edir ki, ən çox ölən burada olub.
Xatırladaq ki, ötən ilin 7 oktyabrdan bu yana Qəzzada ən az 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 38 min 243 fələstinli ölüb, 88 min 33 nəfər isə yaralanıb.
Tahir Şəlvəli
MİA.AZ