ABŞ Azərbaycanla Ermənistan arasında diplomatik nizamlanma üzərində işi davam etdirir.
Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin NATO sammiti çərçivəsində Vaşinqtonda görüşünün mümkünlüyü ilə bağlı Miller bu barədə məlumatlı olmadığını deyib.
"Biz diplomatik nizamlanma üzərində işləməyə davam edirik", - o əlavə edib(Report).