İsrail Qəzzada dinc əhalinin toplaşdığı bölgəni bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Bureyc Qaçqınlar Düşərgəsində mülki əhalinin toplaşdığı əraziyə atılan raket 4-ü uşaq olmaqla 7 fələstinlinin ölümünə səbəb olub.

Məlumata görə, hadisə yerində çoxlu sayda yaralı var.

Fələstin Səhiyyə Nazirliyindən bildirilib ki, yaralılar ağır şərtlər altında işləyən xəstəxanalara aparılıblar.

Tahir Şəlvəli

MİA.AZ