Rusiyanın büdcə gəlirləri yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə artıb.
Mia.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi hesabat açıqlayıb.
Hesabata əsasən, ilin ilk altı ayında qeyri-neft və təbii qaz gəlirləri əvvəlki ilə nisbətən 26,6 faiz artaraq 11,3 milyard rubla, neft və təbii qaz gəlirləri isə 68,5 faiz artaraq 5,7 milyard rubla çatıb: "Sözügedən dövrdə büdcə gəlirlərinin cəmi 38 faiz artaraq 17 milyard rubl, büdcə kəsirinin ÜDM-ə nisbəti isə iyun ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 bənd azalaraq 0,5 faiz təşkil edib".
Firudin Səfərli
MİA.AZ