Hindistanın idarə etdiyi Cammu və Kəşmir bölgəsində üsyançılarla təhlükəsizlik qüvvələri arasında silahlı toqquşma olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 7 Hindistan əsgəri və 6 üsyançı həlak olub.
Məlumata görə, Maçedi kəndi ərazisində hind əsgərlərini daşıyan avtomobil üsyançılar tərəfindən qumbaraatan və avtomat silahlarla atəşə tutulub: "Bu hücumda 5 əsgər öldürülüb, 6-ı isə yaralanıb".
Məlumatda o da deyilir ki, bu gün bölgənin daha bir səmtində üstyançılarla hərbçilər arasında toqquşma baş verib: "Bu toqquşmada isə 2 əsgər həyatını itirib, 6 üsyançı isə həlak olub".
Xəbərdə bildirilib ki, son zamanlar Cammu və Kəşmirdə hücumlar artıb.
Tahir Şəlvəli
MİA.AZ