Prezident İlham Əliyevin dünənki sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Adil Əliyev bu gün Prezidentin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Mia.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Yeni icra başçısı ona göstərilən etimada görə minnətdarlıq edib.