İsrailin Baş naziri Netanyahu ilə ABŞ lideri Bayden bu gün telefonda danışıb.
Mia.az xarici mətbuata istnadla xəbər verir ki, bu barədə İsrail hökuməti açıqlama verib.
Açqılamaya görə, Baş nazir 45 dəqiqə çəkən müzakirədə Baydeni Qəzzadakı əməliyyatla bağlı məlumatlandırıb.
Netanyahu qeyd edib ki, HƏMAS-ı tamamilə aradan qaldırmaq üzrədirlər: "Baş nazir girovlarla, o cümlədən Qəzzadya humaniar yadımla bağlı da Baydenə informasiya verib".
Bayden isə İsrailə sonadək dəstək verəcəklərini təkrar edib və bununla bərabər, mülki şəxslərin həyatlarına diqqətin daha da artırılmasını istəyib.
Zülfiyyə
MİA.AZ