"X" sosial media platformaının sahibi, məşhur milyarder İlon Mask ABŞ-ın hazırkı prezidenti Co Baydeni növbəti prezidentlik yarışından geri çəkilməyə səsləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə X platformasında paylaşılan "New York Times" qəzetində dərc olunmuş “Amerikanın yeni prezidentə ehtiyacı varmı?" başlıqlı yazıya yazdığı şərhdə söz açıb.
Mask şərhində yazıb: "Bu, əsl sualdır... Çünki çox açıq şəkildə bizim bir müddətdir prezidentimiz yoxdur"
Xatırladaq k,i, həmin yazıda müəllif Ross Douthat “Yaşlı bir prezidentin daha 4 il Ağ Evin başında olması son dərəcə təhlükəlidir”, - deyə yazıb.
Ross Douthat bildirib ki, bunun üşün də 81 yaşlı ABŞ prezidenti Co Bayden noyabrın 5-dəki seçkiyə getməməlidir: "O, geri çəkilməlidir. Bayden mütləq başqa bir namizədlə dəyişdirilməlidir, çünki yaşlı bir prezidentin hazırda ABŞ-ın başında olması son dərəcə təhlükəli olardı. Ağ Ev daha 4 il belə yaşlı adamla idarə oluna bilməz...".
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək seçkilərlə bağlı Baydenlə onun rəqibi, keçmiş ABŞ prezidenti Donald Tramp iyunun 27-də canlı yayımda debatda üz-üzə gəlib. Orada Baydenin zəif performansından sonra partiyası və bir sıra nüfuzlu şəxslərdən ona "geri çəkil" çağırışları artıb. Lakin Bayden "geri çəkilməyəcəm, qələbə qazanacam" deyə dirənib.
Lamiyə Əhmədli
MİA.AZ