Ümumdünya Səhiyyə Təşkilatına bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) qadınlara xəbərdarlıq edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, IARC-ın xəbərdarlığında bəzi kosmetik məhsullara qatılan talk mineralının xərçəngə səbəb olduğu iddia olunub.
IARC-dən verilən açıqlamaya görə, bu istiqamətdə 29 tədqiqatçı araşdırma aparıb: "Kosmetik məhsullarda mövcud olan "talk"la bağlı elmi araşdırmalar aparılıb. Aydın olub ki, bu maddə qadınların əsasən yumurtalıqlarında xərçəngə yol açır...".
Xəbərdarlıqda qeyd olunub ki, kosmetik gellərdə də belə hallar aşkarlanıb: "Alimlər talkla bağlı araşdırmaları daha sonra siçanlar üzərində aparıblar. Bəlli olub ki, bu, dişi siçanlarda bədxassəli, erkək siçanlarda isə həm xoşxassəli, həm də bədxassəli şişlər yaradır...".
IARC-nin bu barədə araşdırma materialıı "The Lancet Oncology" jurnalında dərc edilib
Xatırladaq ki, iyunun 12-də ABŞ-ın kosmetika və gigiyena məhsulları istehsalçısı "Johnson & Johnson" uşaq pudrası və digər talk əsaslı məhsulların xərçəngə səbəb olduğunu etiraf edib və 700 milyon dollar təzminata razılaşıb.
Ləman
MİA.AZ