"Prezident Co Baydenin hər hansı səviyyədə Parkinson xəstəliyi yoxdur və o, illik sağlamlıq müayinəsi çərçivəsində yalnız 3 dəfə nevroloq tərəfindən müayinə olunub".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Karine Jean-Pierre jurnalistlərin "New York Times"in yaydığı gizli mıəlumat haqda suallarına cavabda deyib.

O, qəzetin "Baydenin Parkinson xəstəliyi var. Bu səbəbdən məşhur həkim 8 ayda 8 dəfə Ağ Evə gəlib, onu iş yeirndə müaynə edib" iddiasını təkzb edib: "Təbii ki, mütəxəssisin Ağ Ev gəlişini məzmunu haqda təhlükəsizlik səbəbiylə danışa bilmərəm. Ancaq burada sizin "Prezident Parkinsondan müalicəsi alırmı?" sualınıza əminliklə deyirəm ki, xeyr. Prezident Parkinson xətəliyindən müalicə almır, dərman qəbul etmir. Bu, sizə bu idia haqda dəqiqə və tam cavab verə biləcəyim şeylərdir. Cənab Bayden illik rutin müayinəsi çərçivəsində indiyə qədər cəmi 3 dəfə nevroloq tərəfindən müayinə olunub".

Sözçü Parkinson üzrə məşhur həkim sayılan Kevin Cannardın Ağ Evə niyə və ya kimə görə gəlməsi haqda sualı isə cavabsız buraxıb: "Məni burada nə qədər sıxsanız da, hətta qəzəbli olsanız da, Ağ Evi ziyarət edən bu cür şəxslər haqda danışmayacağam. Bu, yersiz sualdır, həm də qəbuledilməzdir".

Xatırladaq ki, "New York Times"ın yazısına görə Kevin Cannard 2023-cü ilin iyulundan 2024-cü ilin martına qədər Ağ Evi 8 dəfə ziyarət edib.

Qəzet hərəkət pozğunluqları (Parkinson) üzrə ixtisaslaşmış nevroloq Cannardın Baydenin şəxsi həkimi ilə görüşdüyünü və onların birgə müalicə kursu başlatdıqlarını iddia edib.

F.Əhməd

MİA.AZ