Dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan Çinin "BYD" şirkəti Türkiyə böyük sərmayə yatıracaq. Artıq sözügedən şirkətlə ölkənin Sənaye və Texnologiya Nazirliyi arasında müqavilə imzalanıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, müqaviləyə əsasən, BYD təxminən 1 milyard dollarlıq sərmayə ilə Türkiyədə illik 150 min elektrikli və akkumulyatorlu hibrid avtomobil istehsal gücü olacaq müəssisə quracaq.
Müəssisədə 5 minə qədər insanın birbaşa məşğulluğunun təmin edilməsi nəzərdə tutulur: "Çin avtomobil nəhəngi ilə imzalar Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və BYD sədri Vanq Çuanfu tərəfindən imzalanıb.
Hal-hazırda ildə 3 milyondan çox avtomobil istehsal edən və elektrikli avtomobil satışında dünya lideri olan BYD-nin Türkiyəni seçməsi böyük maraq oyadıb.
Samir Musayev
MİA.AZ