Türkiyənin Ege bölgəsində dənizidə batmaq üzrə olan 33 qanunsuz miqrant xilas olunub.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə İzmir Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Bildirilib ki, İzmir şəhərinə yaxın bölgədə rezin qayıqda bir qrup qanunsuz miqrantın yeri aşkarlanıb: "Komandanlıq 10-u uşaq olmaqla, 33 qanunsuz miqrant xilas olunaraq Miqrasiya İdarəsinə deport üçün təhvil verilib".
Samir Musayev
MİA.AZ