2022-2023 və 2023-2024 mövsümlərində "Sakaryaspor"da forma geyinən yarımmüdafiəçi Zdravko Dimitrov super liqanın yeni komandası "Bodrum FK"ya transfer olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Muğla təmsilçisi ilə 3 illik müqavilə imzalayan 25 yaşlı futbolçu komandanın yeni mövsüm hazırlıqlarına qatılıb.
Burada jurnalistlərə açıqlama verən Dimitrov bildirib ki, Superliqada çıxış etməyi səbirsizliklə gözləyir: "Burada - Türkiyədə özümü öz ölkəmdəki kimi hiss edirəm. Burada mənə çox yaxşı münasibət göstərirlər. Burada olmaqdan xoşbəxtəm. Çox peşəkar bir kluba gəldim. Superliqada, şübhəsiz ki, çətin oyunlar var. Ancaq mən bu səviyyədə futbol oynayıram və o üzdən özümü tam hazır hesab edirəm. Təbii ki, buradakı ilk hədəfimiz ilk 5 komandadan biri olmaqdır. İnanıram ki, komanda olaraq buna nail olacağıq".
Fərid
MİA.AZ