Prezident Rəcəb Tayyib Ərdoğan bu gün İranın yeni prezidenti Məsud Pezeşkiyanla telefonla danışıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Prezident Ərdoğan İran prezidenti seçilən Pezeşkianı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.
Məlumata görə, telefon danışığında Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan bildirib ki, Türkiyə ilə İran arasındakı əlaqələrin köklü tarixi var: "Və bu tarixdən güc alaraq, hər sahədə əlaqələrimizi daha da inkişaf etdirəcəymizə inanıram".
Samir Musayev
MİA.AZ