"Fənərbağça"nın təcrübəli müdafiəçisi klubla vidalaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub bildiriş yayıb.
Bildirişdə qeyd edilib ki, müdafiəçi Serdar Ezizin artıq komandanın məşq bazasını tərk edib: "2018-2019 mövsümündən formamızı geyinən Sərdar Eziz baş məşqçimiz Joze Mourinyo ilə görüşdükdən sonra düşərgəni tərk edib. Futbolçuya transfer danışıqları üçün icazə verilib".
Qeyd olunub ki, 33 yaşlı Serdar Ezizin artıq komandada oynamayacaq.
Fərid
MİA.AZ