Bu gün AVRTO-24-də Türkiyə yığması Avstriya millisi ilə 1/8 finalda qarşılaşıb.
Mia.az xəbər verir ki, Leyptsiq şəhər stadionda keçirilən tarixi oyunda Türkiyə millisi rekorda imza atıb.
Belə ki, 1-ci dəqiqədə müdafiəçi Merih Demiral AVRO-2024 tarixində ən tez vurulan qola imza atıb - 1:0.
59-cu dəqiqədə Merih Demiral ikinci qolu rəqib qapısından keçirb - 2:0
66-cı dəqiqədə Mixael Qreqoriç fərqi azaldıb - 2:1.
Beləliklə, oyun bu hesabla başa çatıb və Türkiyə adını 1/4 finala yazdırıb.
Türkiyə yığması 1/4 finalda Niderland millisi ilə gücünü sınayacaq.
Fərid Aslan
MİA.AZ