Banqladeşin Sunamqanc bölgəsində güclü sel və daşqın bölgədə yaşamı müşkilə çevirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sel və daşqınlar Sunamqanc bölgəsinin Sadar, Bişvambharpur, Şantiqanc, Caqanatpur, Dovarabazar, Catak və Tahirpur rayonlarında həyatı iflic edib.
Məlumata görə, nəticədə təxminən 500 min insan evlərindən didərgin düşüblər: "Hazırda bir çox ev və iş yerləri hələ də su altındadır".
Xəbərdə o deyilir ki, bölgədə su ilə yoluxan xəstəliklərin yayılması da qorxu yaradıb.
Zülfiyyə
MİA.AZ