Sabiq deputat Hüseynbala Mirələmov qarşıdan gələn növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürəcəyi barədə iddialara cavab verib.
Mia.az xəbər verir ki, H.Mirələmov Pravda.az-a açıqlamasında deyib ki, seçkilərə qatılmayacaq. "Mən istirahət edirəm və bədii yaradıcılıqla məşğul oluram. Ötən il bir roman bitirib, çap etdirmişəm. Bu il də bir roman bitirmişəm. Neçə illər həsrət idim ki, vaxtım olsun, bədii yaradıcılığımı davam etdirim. Heç namizədliyimi irəli sürməyimlə bağlı təklif gələcəyini gözləmirəm də. Yaxşı olar, seçkilərə nisbətən gənclər getsinlər".
Xatırladaq ki, Hüseynbala Mirələmov Milli Məclisin III, IV və V çağırış deputatı olub.
MİA.AZ