Milli Məclisin İnsan hüquqları komitəsinin sabiq sədri Rəbiyyət Aslanova yenidən deputatlığa namizədliyini irəli sürəcəyi barədə iddialara münasibət bildirib.

Mia.az-ın məlumatına görə, R.Aslanova Pravda.az-a açıqlamasında deyib ki, belə bir fikri yoxdur: "Belə bir şey yoxdur. Təklif gəlsə, qəbul etmərəm. Keçdi getdi...". 

Xatırladaq ki, R.Aslanova Milli Məclisin II, III və IV çağırış deputatı olub. Fəlsəfə elmləri doktoru, professordur, BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. O, ATƏT-in Parlament Assambleyasında və MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvü olub.