Türkiyə ordusu İraqda şəhid verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqda Pəncə-Kilid Əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvləri ilə çıxa atışmada çavuş Cebrail Acar şəhid olub: "Atışmada  2 terrorçu zərərsizləşdirilib".

Nazirlik şəhidin ailəsinə dərn hüznlə başsağlığı verib: "Bizə dərin ağrı və hüzn verən bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı verir, səbr diləyirik”.

Samir Musayev

MİA.AZ