“Türkiyə ilə bizə nəyin problem yaratdığı hamıya məlumdur. Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi bu məsələdə bizə kömək edir. Texniki cəhətdən ii dövlət arasıda ödəmələrdə problem var. Türkiyəli tərəfdaşlarımız dünən bizə məlumat verdilər ki, ticarət həcmi 63 milyard dollardan 55 milyard dollara düşüb".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Astanadakı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 24-cü Dövlət Başçıları Zirvə Toplantısından sonra keçirilən mətbuat konfransındakı "Rusiya-Türkiyə münasibətlərində ən böyük problem nədir?" sualına cavabda deyib.
Putin ticarət dövriyəsininn aşağı düşməsinin səbəbinin tərəflərə görə dəyişdiyini sözlərinə əlavə edib: "Bəli, bu, tərəflərə görə fərqlidir. Bəzi obyektiv ünsürlər var və bunlar digərlərinin yolumuza əngəl törətməsindən qaynaqlanmır. Hadisələrin inkişafı da burada önəmlidir.Hesab edirəm, mövcud vəziyyət yerli istehsal və ikitərəfli əlaqələrin inkişafından qaynaqlanır. Ancaq Türkiyə ilə aramızdakı bütün problemlər həll edilə bilər"
Lamiyə Əhmədli
MİA.AZ