“Taliban terrorla mübarizədə bizim müttəfiqimizdir”.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü Dövlət Başçıları Zirvə Toplantısından sonra keçirilən mətbuat konfransında deyib.
Rusiya prezidenti Rusiyanın "Taliban"ı terror təşkilatları siyahısından nə vaxt çıxaracağının rəsmi Moskvadan aslı olmadığını deyib: "Ümumiyyətlə, Talibanın ölkədəki gücə nəzarət etməsindən başlamalıyıq. Bu mənada terrora qarşı mübarizədə Taliban bizim müttəfiqimizdir".
Putinin sözlərinə görə, Taliban Əfqanıstanda sabit vəziyyət istəyir: "Talibandan dəfələrlə bizimlə işləməyə və terrorla birgə mübarizəyə hazır olduqlarına dair siqnallar almışıq. Hazırda bu siqnallar ciddiyyətlə izlənilir".
Lamiyə
MİA.AZ