Türkiyə ordusu tək daixldə deyil, Suriya və İraqda da PKK terrorçularına göz açdırmır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk açıqlama verib.

O bildirib ki, Türkiyə Silahlı Qüvvələrin son bir həftədə 57, yanvarın 1-dən bu günə kimi ümumilikdə 1327 terrorçunu məhv edib: "Bundan əlavə, dünən İraqın şimalında yerləşən Metina, Qara, Hakurk, Qəndil və Asosdakı terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatında terror təşkilatının istifadə etdiyi mağara, bunker, sığınacaq, anbar və obyektlərdən ibarət 37 hədəf vurulub. Bu əməliyyat zamanı da xeyli terrorçu məhv olunub".

Samir Musayev

MİA.AZ