Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısı ilə bağlı müzakirələr artmaqdadır.
Mia.az-ın məlumatına görə, YAP-ın namizədləri ilə bağlı dünən yazdığımız xəbərdə bir sıra məşhur deputatlarının yeni parlamentdə təmsilçiliyinə icazə verilməyəcəyi bildirilirdi.
Gununsesi.info saytı yazıb ki, YAP-ın namizədləri siyahısına yeni isimlər əlavə olunub: "Bunlar Azərbaycan Mərkəzi Bankının sabiq rəhbəri Elman Rüstəmov və İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevdir".
Məlumata görə hər iki şəxs YAP-ın deputatlığa namizədləri kimi elan olunacaq.
Rövnəq Abdullayevin 24 saylı Nizami birinci seçki dairəsindən namizədliyi irəli sürüləcək.
Elman Rüstəmov gəlincə, onun da namizədliyinin 120 Saylı Cəbrayıl Seçki Dairəsindən elan olunacağı deyilir.
Hazırda bu dairəni parlamentdə Ceyhun Məmmədov təmsil edir.