Dünyada böyük bir pərəstişkarı olan İspaniyanın "La Casa de Papel"də "Marsel" obrazını canlandıran Luka Peros TRTT1-də yayımlanan seriala dəvət alıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Luka Peros sentyabrın sonlarında ikinci mövsümünün açılşını edəcək "Mehmed: Fetihler Sultanı" serialında rol alacaq.

Peros Bizans İmperatorluğunun son dövründə, xüsusilə İstanbulun fəthi zamanı şəhərin Osmanlı İmperatorluğuna qarşı müdafiəsində mühüm rol oynamış komandir Giovanni Giustiniani obrazını canlandıracaq.

Xatırladaq ki, Netflix rekordu qıran "La Casa de Papel" serialında Marsel obrazını canlandıran aktyor Luka Peros Hollivud ulduzudur.

Ona qədər  "Mehmed: Fetihler Sultanı"nda başqa bir Hollivud ulduzu çəkilib.

Məşhur Hollivud ulduzu Ghassan Massoudun çəkildiyi serialın ikinci sezonundakı heyətində daha bir dünya şöhrətli ulduzun qatılması indidən böyük maraq oyadıb.

Məlumatda deyilir ki, serialda Fateh Sultanı" canlandıran aktyor Serkan Çayoğlu ilə Luka Perosla ötən axşam şam yeməyində bir araya gəlib. 

Nahardan sonra danışan Çayoğlu deyib: "Çox həyəcanlıyıq, bəlkə də çəkiliş meydançasında çox səhnələr paylaşa bilməyək, amma hər zaman birlikdə olacağıq. Dünya səviyyəli aktyorlarla çalışmaq bizim üçün çox gözəl və həyəcanverici olacaq..".

Ləman

MİA.AZ