ABŞ-da noyabrln 5-də keçiriləcək prezident seçkilərinə müddət yaxınlaşdıqca, gərginlik artır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, seçkiyə 4 ay qalmış Baydenin namizədliyi daha qızğın müzakirə edilir.
Məlumata görə, dünən partiyasının üzvü olan əyalət merləri ilə görüşdə Bayden yaşı ilə bağlı ona geri çəkilmək basqısı olduğunu etiraf edib: "Lakin mən davam edirəm, biz qalib gələcəyik”.
Məlumata görə, Ağ Evdə görüşdüyü Demokrat Partiya üzvü olan merlər də Baydenə dəstək verdiklərini açıqlayıblar.
Lakin görüşdən sonra keçirilən mətbuat konfransında cəmi 3 merin iştirakı ortaya yeni suallar çıxarıb.
Xatırladaq ki, "Demokratlar"a yaxınlığı ilə tanınan CNN və "New York Times" kimi nəşrlər Baydeni namizədliyini geri götürməyə çağırır.
Məslən, "New York Times" ona belə çağırış edib: "Ölkəniz üçün ən yaxşı xidmət geri çəkilməkdir"
Onu da qeyd edək ki, "Demokrat"lar düşərgəsində namizədlik üçün ən çox adı hallanan Kaliforniya meri Kevin Nevsomun adı hallanır.
Demokrat Partiyasının prezidentliyə namizədini rəsmən elan edəcəyi partiyanın qurultayı isə avqust ayında keçiriləcək.
Lamiyə Əhmədli
MİA.AZ