BBP lideri Mustafa Destici AVRO-2024-də Türkiyənin Avstriyaya 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra UEFA-nın Merih Dəmiralın "Bozqurd" işarəsinə görə haqqındaı araşdırma başlatmasına etiraz edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.
Partiya sədri UEFA-nın başlatdığı araşdırmanın məqsədyönlü və pis niyyətli olduğunu iddia edib:
“Boz Qurd” işarəsinin Ergenekondan bəri türklərin simvolu olduğunu və bundan başqa bir məna çıxarmağın yanlış olacağını qeyd edən Destici deyib: “Merih Dəmiral qardaşımızı, milli Komandamızı və millətimizi hədəf alanlar, bil ki, biz türkük, müsəlmanıq, hamımız Bozqurdlarıq".
Zülfiyyə
MİA.AZ