"Azərbaycan Xalq Partiyasının (AXP) İdarə Heyətinin bu gün keçirilmiş iclasında 01.09.2024- cü il tarixində AR Milli Məclisinə növbədənkənar seçkilərdə AXP- nin iştirakı haqqında məsələni müzakirə edərək bu seçkilərdə iştirak etmək barədə qərar qəbul etdi".

Mia.az xəbər verir ki, bunu adıçəkilən partiyanın sədri Pənah Hüseyn sosial media hesabında yazıb.

O bildirib ki, iclasda seçkilərdə partiyanın səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri müəyyənləşib: "48 saylı 1- ci Abşeron seçki dairəsindən Məzahir İsrayılovun, 67- ci SABİRABAD seçki dairəsindən Qiyas Sadıqovun, 68- ci SABİRABAD – ŞİRVAN seçki dairəsindən Pənah Hüseynin, 70 saylı Neftçala seçki dairəsindən Həmzəyev Mircəlalın, 99 saylı Bərdə seçki dairəsindən Mübariz İsmayılovun, 119 saylı Ağdam seçki dairəsindən Hüseyn Behbudovun deputatlığa namizədlikləri irəli sürüldü".

Samir Musayev

MİA.AZ