Türkiyə 1-ci liqasında oynayan "Kocaelispor" yeni mövsümə iddialı hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə son çəqşdən sonra jurnalistlərə açıqlama verən komandanın tanınmış baş məşqçisi Ertoğrul Sağlam deyib.

Baş məqçisi qeyd edib ki, heyətdə ötən mövsümə nisbətən çox daha istedadlı və karyeralı oyunçular cəlb olunub: "İnşallah, azarkeşlərimizin darıxdığı "Kocaelispor"u onlar üçün hazırlayacağıq. Liqanın ilk həftəsindən azarkeşlərə zövqlü futbol seyr etdirəcəyik".

Xatırladaq ki, son məşqdə icazəli ollan millimizin hücumçusu Ramil Şeydayev, Pedrinyo və Aaron Appindanqoye qatılmayıblar.

Fərid Aslan

MİA.AZ