Türkiyənin 16 şəhərində terror şübhəlilərinə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.

Nazir bildirib ki, Adana, Antalya, Batman, Diyarbakır, Elazığ, Qaziantep, Hakkari, İzmir, İstanbul, Karaman, Mersin, Muş, Şanlıurfa, Şırnak, Tunceli, Vanda PKK separatçı terror təşkilatı üzvlərinə qarşı Bozdoğan-42 kod adlı uğurlu əməliyyat hədəfinə yetişib: "Əməliyyatlar zamanı 58 şübhəli tutulub. Şübhəlilərin keçmişdə separatçı terror təşkilatı tərkibində fəaliyyət göstərdikləri, terror təşkilatı adından təbliğatını apardıqları, təhlükəsizlik qüvvələrinə molotof kokteyli, daş və sairlərlə hücumda rol alıblar etdikləri iddia edilib. Onlardan bəziləri hətta qətlə görə axtarışda olub. Əməliyyat zamanı saxlanılanların qaldıqları yerlərdə dəlilllər götürülüb".

Nazir sonda bildirib ki, terrorçulardan heç birinə göz açdırmayacağıq.

Tahir Şəlvəli

MİA.AZ