Suriyada “Fərat Qalxanı” və “Zeytun budağı" əməliyyat bölgələrində Türkiyə ordusunun nəzarətində olan bölgələrdə türk bayrağına, hərbçi və sürücülərinə suriyalıların təxribatçı hücumları böyük  müzakirələrə səbəb olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kayseridə 5 yaşlı qıza təcavüz edən suriyalının əməlinə etirazdan sonra Suriyadakı Azez, Əl Bab və Afrində bir qrup təxribatçının Türkiyədən gələn yük maşınlarına, bayraqlarına hücuma Receb İvedik kimi tanınan məşhur aktyor Şahan Gökbakar da etiraz edib: "Ölkəmizdəki qaçqın məsələsi bu ölkəni yox edəcək bir problemdir. Çox asanlıqla daxili qarışıqlığa çevrilə (bax: KAYSERİ olayları), həm gələcəkdə türk cəmiyyətinin quruluşunu poza, həm də illər keçdikcə  cəmiyəti məhv edəcək böyük bir fəlakətdir. Soruşuram və bir daha soruşuram, niyə bizim ölkəyə belə etdiniz?! Biz bütün cəmiyyət olaraq təcili olaraq bu məsələnin həllini axtarmalıyıq".

Ləman

MİA.AZ