Hindistanın Uttar-Pradeş ştatında minlərlə insanın qatıldığı dini ayində böyük basabas yaranıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 87 nəfər həyatını itirib, 100-dn çox insan isə müxətlif səbəblərədn həkimə üz tutub.
Uttar Pradeş əyalətinin Hathras bölgəsindəki Sikandara Rau qəsəbəsində keçirilən "satsang" adlı kütləvi ayində baş verənlərlə bağlı rəsmi açqılama da yayılıb.
Əyalətin rəsmilərindən Umesh Kumar Tripathi bildirib ki, xəstəxanalara yerləşdirilən onlara insanın vəziyyəti ağır olaraq qalır: "Təəssüf ki, ölənlər arasında 3 uşaq var..."
Zülfiyyə
MİA.AZ