"Fənərbağça" klubu yeni mövsüm üçün heyətinı formalaşdırır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş məşqçi Joze Mourinyo yeni mövsüm planı çərçivəsində 6 əcnəbi futbolçunu "gözdən çıxarıb".
Məlumata görə, o, rəhbərliyə verdiyi yeni hesabatda 6 futbolçunu komandada görmək istəmədiyini yazıb: "Mourinyo Luan Peres, Rade Kruniç, Miha Zayc, Migel Krespo, Rayan Kent və Joao Pedronun satılmasını istəyib"
Fərid Aslan
MİA.AZ