Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müxtəlif vaxtlarda səkkiz nəfərin bank kartından 850, 184, 1 000, 400, 481, 2000, 200 və 205 manat olmaqla ümumilikdə 5 320 manat pul vəsaitinin talanması barədə məlumatlar daxil olub.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törədən, əvvəllər dələduzluq və quldurluğa görə məhkum olunmuş 39 yaşlı Elşad Fəttahov Hövsan qəsəbəsində saxlanılıb.
Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
E.Fəttahovun əməllərindən zərər çəkən digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.