Türkiyə millisinin hücumçusu Cenk Tosun AVRO 2024-ün 1/8 finalındakı rəqibləri olan Avstriya ilə oyundan danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, UEFA-nın saytına verdiyi müsahibədə Avstriya matçına çox yaxşı hazırlandıqlarını deyib:

 "Bu oyun Avstriya ilə yoldaşılıq oyununda 6-1 heablı uduzduğumuz son matçın əksi olacaq. Çünki matça çox yaxşı hazırlaşmışıq və hazırlaşmağa davam edəcəyik".

Çexiya millisinə vurduğu qolla Avropa çempionatı tarixində qol vuran ən yaşlı oyunçu (33 yaş 19 gün) olan Cenk bildirib ki, bu barədə nə deyəcəyini bilmir: "Qürur duyulacaq bir şey olub-olmadığını bilmirəm. Ancaq 33 yaşında bu turnirdə qol vurmaq həmişə xoşdur".

Fərid

MİA.AZ