İstanbulun Bayrampaşa rayonunda ağaclıq sahədə tapılan lüt qadın cəsədinin misirli tanınmış həkimə aid olduğu bəlli olub.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyəyə turist kimi gələn misirli həkim Noha Mahmudun meyiti mayın 17-də Bayrampaşada meşəlik ərazidə tapılıb.
Lakin o vaxtdan meyitin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Nəhayət, mayın 24-də İstanbul polis idarəsinə "anam itkin düşüb, ondan xəbər ala bilmirəm" deyə misirli həkimin oğlu şikayət edib.
Məlumata görə, bu şikayətdən sonra, daha dəqiqi, bu gün aydınlaşıb ki, mayın 17-də tapılan lüt qadın misirli həkim olub.
Oğlu blldirib ki, mayın 17-dən anası ilə əlaqə kəsilib: "Ona görə Dubaydan birbaşa İstanbula gəldim. Burada DNT nümunəsi alındı və bəlli oldu ki, öldürülən anamdır".
Oğlunun ehtimalına görə, anası təxminən bir ay əvvəl Türkiyəyə turist kimi gəlibmiş: "Təxmin edirik ki, o, burada misirli bir nəfərlə tanış olub, böyük ehtialla o, anamı öldürüb. Türk polisindən bu işin araşdırılmasını tələb etmişik. Gözləyirik".
Firudin Səfərli
MİA.AZ