Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinə yeni müşavir təyin olunub.
Məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, bu vəzifəyə Səməd Sahibzadə gətirilib.
Qeyd edək ki, S.Sahibzadə ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Çin Xalq Respublikasında Dövlət İdarəetməsi (MPA) ixtisası üzrə magistr təhsili alıb. 2020-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində böyük məsləhətçi vəzifəsində çalışıb(Report).