Türkiyənin Sakarya şəhərində İŞİD terror təşkilatına dəsətk verən şəxslər qarşı əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, "Bozdoğan-11" kod adlə əməliyyat çərçivəsində 33 şübhəli saxlanılıb.
Şəhər polis idarəsindən verilən məlumata görə, onların hər birinin ifadəsi alındqıdan sonra məhkəməyə sövq ediliblər.
Məlumatda o da deyilir ki, saxlanılanların ev və iş yerlərində də axtarış aparılıb: "Nəticədə sənədsiz tapançalar, tüfənglər, o cümlədən külli miqdarda xarici valyuta və sənədlər aşkarlanaraq götürülüb".
Samir Musayev
MİA.AZ