Pakistanın Kəşmir bölgəsindəki Ravalakot həbsxanasından 19 məhkum qaçıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onlardan 6-sı ölüm cəzasına məhkum edilmiş məhbuslar olublar.
Məlumata görə, nahar vaxtı mühafizəçilərə qəfil hücum edəərk, onların silahlarınız zorla alan məhbuslar onlardan qalxan kimi istifadə edərək, qapıları açdırıb və həbsxanadan qaçmağa nail olublar: "Bir məhbus isə qaçan zaman nəzaərtçilər tərəfindən vurularaq öldürülüb".
Məlumatda deyilir ki, baş verən hadisə ilə bağlı Kəşmir bölgəsinin meriyası açıqlama yayıb. Bildirilib ki, hadisədə məsuliyyətsiz davranan həbsxanada müdirinin müavini də daxil olmaqla, 8 həbsxana məmuru saxlanılıb.
Fərid
MİA.AZ