"Qalatasaray"ı yeni mövsümdən İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli çalışdıra bilər.
Qol.Az-ın məlumatına görə, İstanbul klubu rəsmi saytı vasitəsi ilə italiyalı mütəxəssislə danışıqlara başladığını bildirib:
"Qalatasaray" təcrübəli məşqçi Çezarə Prandelli ilə danışıqlara başlayıb. Danışıqların nəticəsi barədə məlumat verəcəyik".
Qeyd edək ki, Ç.Prandelli İtaliyanın DÇ-2014-də mübarizəni dayandırmasından sonra istefa verib.