Bu gün "DÇ-2014"də 1/4 final mərhələsinin oyunlarına start verilib.
İlk olaraq meydana Avropa təmsilçiləri Fransa və Almaniya yığmaları çıxıb. Bu görüşdə Almaniya 1:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Günün ikinci qarşılaşmasında Braziliya və Kolumbiya komandaları üz-üzə gələcək. Həmin görüşün start fiti Bakı vaxtı ilə saat 01:00-da veriləcək.
Qeyd edək ki, 1/4 finalın qalan iki oyunu sabah keçiriləcək. Əvvəlcə Argentina - Belçika, daha sonra Hollandiya - Kosta-Rika oyunları keçiriləcək.
1/4 final mərhələsinin oyunları
21:00. Fransa - Almaniya - 0:1
Qol: Mats Hummels, 13 (0:1)
01:00. Braziliya - Kolumbiya (iyulun 4-dən 5-nə keçən gecə)
5 İyul
21:00. Argentina - Belçika
01:00. Hollandiya - Kosta-Rika (iyulun 5-dən 6-na keçən gecə)