Vaxtilə Azərbaycanda işləmiş Sinan Oğanın 2023-cü il prezident seçkiləri dövründə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu ilə görüşünün detallarını açması böyük rezonans doğurub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun "Kamal Kılıçdaroğlu mənə vitse-prezident postu və üç nazirlik təklif etdi” sözlərinə isə qarşı tərəfin cavabı gecikməyib.
Sosial media hesabında Sinan Oğnaın iddialarını təkzib edən Kılıçdaroğlu onu ağır ittihamlar ünvanlayıb, şəxsiyyətini alçaldaraq təhqir edib: "Sənə 3 nazirlik və vitse-prezidentlik vermək bir yana qalsın, heç boyatmağa ayaqqabı belə verməzdim! Sən "donuz bağçıları" (Türkyədə siyasi kriminal qrup kimi adları bir çox səs-küylü cinayətlərdə hallanıb- Mia.az) terrorçuların ortağı, pula can atan siyasi tacir və sadiq bir B.O.P. agentisən...".
Kılıçdaroğlu daha sonra Oğana azərbaycanlı jurnalistə müsahibəsində villası ilə bağlı sözlərini xatırladıb, seçki günü nələr etməsi barədə maraqlı iddialar irəli sürüb..
CHP-nin sabiq sədrinin Sinan Oğana xitabən paylaşımını aşağıda olduğu kimi təqdim edirik:
Samir Musayev
MİA.AZ