"Bizim konsentrasiyamız Avstriya ilə matçdadır. Bu matçda qalib gələcəyik".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyə yığmasının üzvü Kənan Yıldız deyib.
O, millinin 16 ildən sonra Avropa çempionatında qrupdan çıxmasından xoşbəxt olduğunu bildirib: "İnşallah bu şəkildə davam edəcəyik. Avstriyanı yoldaşlıq oyununda (Türkiyə həmin oyunda 6-1 uduzub) gördük ki, çox yaxşı komandaya qarşı oynayacağıq. Qrup mərhələsində də özlərini göstərdilər. Özümü yox, komandanı düşünürəm. Bütün diqqətimiz, konsentrasiyamız Avstriya ilə matçdır. Fərqli emosiyalarla oynayaraq, əlbəttə ki, qalib gələcəyik".
Yarımmüdafiəçi Kənan Yıldız "Hücumçusuz oynamaq sizə necə təsir edir? Hücumçu ilə oynasanız, daha məhsuldar olacağını düşünürsünüzmü?" sualını belə cavablandırıb: "Hücumçularımız var, ancaq təəssüf ki, bəziləri elə danışır ki, onlar yoxdur. Məşqçimizin taktiki qərarları var, onları həyata keçirməyə çalışırıq, bizim üçün problem yoxdur".
Fərid
MİA.AZ